...

Bakı və Sumqayıt əhalisi qeydiyyatından asılı olmayaraq, bu şəhərlərdəki istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə biləcək(ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 15 Yanvar 2014 11:49 (UTC +04:00)
Dövlət başçısı tərəfindən qoyulan tapşırığa əsasən, bu il regionlarda 4 və ya 5 "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır.
Bakı və Sumqayıt əhalisi qeydiyyatından asılı olmayaraq, bu şəhərlərdəki istənilən “ASAN xidmət” mərkəzinə müraciət edə biləcək(ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 15 yanvar /Trend, müxbir İ.İzzət/

Dövlət başçısı tərəfindən qoyulan tapşırığa əsasən, bu il regionlarda 4 və ya 5 "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov 2013-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, həmçinin mart ayında Bakının Sabunçu rayonunda "ASAN xidmət" mərkəzinin açılması planlaşdırılır: "Bu mərkəz fəaliyyətə başladıqdan sonra Bakıda qeydiyyat yerindən asılı olmayaraq vətəndaşlar istənilən mərkəzə müraciət edə biləcəklər. "ASAN xidmət" mərkəzləri bütün respublika ərazisini əhatə etdikdən sonra isə bu prinsip bütün ölkə vətəndaşlarına şamil ediləcək".

İ.Kərimov qeyd edib ki, fevral ayından etibarən isə Bakıda da vətəndaşlara səyyar formada "ASAN xidmət" göstərilməsinə başlanacaq: "Yəni, vətəndaşlar mərkəzlərə gəlmədən bu xidməti sifariş edə biləcəklər. Əlillər və sağlamlıq imkanları məhdud olan uşaqlar istisna olmaqla, bu xidmət müəyyən xidmət haqqı ödəmək şərtilə həyata keçiriləcək".

İ.Kərimov qeyd edib ki, bu il xidmətlərin dairəsinin genişləndirilməsi də nəzərdə tutulur.

Agentlik sədri onu da bildirib ki, "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti ilə bağlı şikayətlər də daxil olur: "Həmin şikayətlər, müraciətlər araşdırılır və vətəndaşın hüququ qanunvericiliyin tələblərinə uyğun təmin edilir. Bəzi hallarda vətəndaşlarda belə bir fikir formalaşır ki, onlara bütün dövlət sahələri üzrə xidmət göstərilməlidir, lakin "ASAN xidmət"də konkret xidmət sahələri müəyyən edilib. "ASAN xidmət" mərkəzlərində xidmətlər dövlət rüsumlarının ödənilməsi ilə göstərilir. Yığılan rüsumların 30%-i "ASAN xidmət" mərkəzlərində qalır və əməkdaşların əməkhaqlarına əlavə edilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti