Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda şaxtalı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakı və Abşeron yarımadasında fevralın 2-də gecə və səhər saatlarında az miqdarda qar yağacaq, gün ərzində dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Havanın arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır, mülayim şimal-şərq küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında fevralın 2-də gecə 7-10, gündüz 0-3 dərəcə şaxta olacaq. Yollar gecə və səhər buz bağlayacaq.
Azərbaycan rayonlarında da fevralın 2-də gecə və səhər bəzi yerlərdə qar yağacaq, gündüz tədricən kəsiləcək, ayrı-ayrı yerlərdə duman olacaq, mülayim şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yollar buz bağlayacaq.
Dağlarda havanın temperaturu gecə 13-18, gündüz 2-7 dərəcə şaxta olacaq.
Azərbaycanda qeyri-sabit hava şəraiti fevralın birinci ongünlüyünün birinci yarısına kimi davam edəcək.