...

Yaxın 2-3 gün ərzində Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək

Cəmiyyət Materials 11 Fevral 2014 12:12 (UTC +04:00)
Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti hökm sürəcək.
Yaxın 2-3 gün ərzində Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir İ.İsabalayeva/

Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, fevralın 12-də Bakıda və Abşeron yarımadasında buludu hava şəraiti üstünlük təşkil edəcək. Əsasən gecə və səhər yarımadanın bəzi yerlərində hava çiskinli olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5, gündüz 7-10 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 12-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, şərq rayonlarında havanın çiskinli olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti