...

I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıya gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair müşavirə keçirilib

Cəmiyyət Materials 13 Fevral 2014 16:58 (UTC +04:00)
I Avropa Yay Olimpiya Oyunları ilə bağlı Nəqliyyat Nazirliyində müşavirə keçirilib.
I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Bakıya gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair müşavirə keçirilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 13 fevral /Trend/

I Avropa Yay Olimpiya Oyunları ilə bağlı Nəqliyyat Nazirliyində müşavirə keçirilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə nazirliyin aidiyyəti struktur bölmələrinin və tabeli qurumlarının, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin, Dənizkənarı Bulvar İdarəsinin, Bakı Metropoliteninin və "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) səlahiyyətli nümayəndələrinin iştirakı ilə geniş tərkibli müşavirə keçirilib.

Müşavirədə I Avropa Yay Olimpiya Oyunlarının keçirilməsi ilə əlaqədar rəsmi nümayəndə heyətlərinə, idmançılara və tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gələcək qonaqlara nəqliyyat xidmətlərinin təşkilinə dair qarşılıqlı maraq kəsb edən məsələlər ətraflı müzakirə edilib, bu işlərin yüksək səviyyədə təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti