...

Azərbaycanda cinsi tarazlıq pozulur: bir ildə qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur

Cəmiyyət Materials 15 Fevral 2014 11:35 (UTC +04:00)
Azərbaycanda son illərdə bir il ərzində qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur.
Azərbaycanda cinsi tarazlıq pozulur: bir ildə qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda son illərdə bir il ərzində qızlarla müqayisədə 6-7 min çox oğlan uşağı doğulur. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov deyib.

Z.Eminovun bildirdiyinə görə, II dünya müharibəsindən sonra Azərbaycanda əhalinin tərkibində qadınların nisbi üstünlüyü həmişə çox olub: "Indi də vəziyyət belədir. Amma əhalinin tərkibində olan bu fərq getdikcə azalır. Son vaxtlarda da bu azalma daha sürətlə baş verir".

Alim qeyd edib ki, son 6-7 ildə - təxminən 2000-ci ilin ortalarından sonra doğulan uşaqlar arasında oğlanların say üstünlüyü artıb: "Bu isə o deməkdir ki, əhalinin cins tərkibi pozulur. Ola bilər ki, indi bu, özünü göstərmir. Ancaq həmin uşaqlar nikah yaşına catanda problem müəyyən qədər özünü göstərəcək".

Z.Eminov deyib ki, əhalinin cins tərkibində müəyyən qədər tarazlıq olmalıdır. Bunun qarşısını almaq üçün tədbirlər görülməli, bu məsələyə ciddi nəzarət edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti