...

Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Cəmiyyət Materials 24 Fevral 2014 17:34 (UTC +04:00)
Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib.
Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Bu gün Heydər Əliyev Sarayında Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib.

Tədbirdə öncə, XX əsrin ən dəhşətli və qanlı faciələrində biri olan Xocalı soyqırımını özündə əks etdirən kitablar və foto stendə baxış keçirilmişdir.

Tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmı haqqındakı "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözləri ilə açmışdır.

F.Babayev Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmasından, ermənilər tərəfindən törədilən ağır qırğının nəticələrindən və diasporlarımızın, Heydər Əliyev Fondu ilə birgə, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi Xocalı soyqırımının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və tanıdılması istiqamətində müxtəlif ölkələrdə tədbirlər və aksiyalar keçirməsindən danışmışdır.

Tədbirdə Xocalı sakinləri Elşad Ağayev və Nicat Məmmədovda iştirak etmişlər. Xocalı faciəsinin canlı şahidləri bildirdilər ki, həmin gecə erməni silahlı birləşmələri Xocalı şəhərini yerlə-yeksan etdilər, əliyalın dinc mülki əhali kütləvi qırğına məruz qaldı. Bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüyünü, girov götürülən qohumlarının taleylərinin bu gün də məlum olmadığını bildirmişdir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan Respublikasının torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər. Cinayət cəzasız qalmamalıdır.

Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.

Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks edirən sənədli film nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti