...

Bakıda yol polisinin iştirakı ilə baş vermiş qəza ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 11 Mart 2014 14:03 (UTC +04:00)
Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
Bakıda yol polisinin iştirakı ilə baş vermiş qəza ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Səbail rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 10-da Səbail rayonu ərazisində Ağdam rayon sakini Canpolad Otarxutun idarə etdiyi "VAZ 21074" markalı "10-ZM-297" dövlət qeydiyyat nişanlı avtomobillə həmin vaxt xidməti vəzifələrini yerinə yetirən Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidmətinin polis nəfəri Elnur Məmmədovun idarə etdiyi "BMW" markalı "10-YP-374" dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində "VAZ 21074" markalı avtomobilin sərnişini, Bərdə rayon sakini Nəbi Əzizovun hadisə yerində ölməsi, sürücü Canpolad Otarxutun isə xəsarət alması faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər zəruri və təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.

Hazırda Səbail rayon prokurorluğunda istintaq davam etdirilir.

Qeyd edək ki, Elnur Məmmədov Bakı şəhər Baş Polis İdarəsinin Yol Patrul Xidmətinin polis serjantıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti