...

"Gəncliyin ritmini duy" (FOTO)

Cəmiyyət Materials 11 Mart 2014 14:59 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində "Gəncliyin ritmini duy" həvəskar gənclərin rəqs düşərgəsi layihəsi start verib.
"Gəncliyin ritmini duy" (FOTO)

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə C variantı üzrə 4-cü qrant müsabiqəsi çərçivəsində "Gəncliyin ritmini duy" həvəskar gənclərin rəqs düşərgəsi layihəsi start verib.

Trend-in məlumatına görə, layihənin məqsədi həvəskar rəqs bacarığı olan gənclərə peşəkar səviyyədə milli və xarici rəqslər öyrətmək, yeni peşəkar rəqs qrupu yaratmaq və ictimaiyyətə tanıtmaqdır.

Layihə çərçivəsində 10 mart 2014-cü il tarixdə Gəncə şəhərində möhtəşəm təqdimat mərasimi təşkil olunub.

Təqdimat mərasimində yerli dövlət və qeyri hökumət təşkilatları nümayəndələri, KİV nümayəndələri və gənclər iştirak edib.

Tədbirdə layihəyə həsr olumuş videoçarx da nümayiş etdirilib.

Layihənin rəhbəri Nərmin Hüseynova "Qərb regionunda ilk rəqsə aid olan layihəmlə gəncliyin ritmini duyacayıq" deyə qeyd edib.

Layihəyə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı Gənclər birliyi və "Gənc Dost" GİB texniki dəstək göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti