Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/
Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, martın 15-də saat 01 radələrində Suraxanı rayonu Zığ şosesində Bakı şəhər sakinləri Vüqar Abdullayevin idarə etdiyi "VAZ-2106" markalı və Xalid Mədətovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşmuşdur. V.Abdullayevin sərnişinləri - azyaşlı oğlu Ağasəlim və anası Brilyant Abdullayeva hadisə yerində ölüb, atası Ağasəlim Abdullayev və Səadət Abdullayeva xəstəxanaya yerləşdiriliblər.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.
DİN xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi xalq artisti Ağasəlim Abdullayevin düşdüyü yol qəzası ilə bağlı məlumat yayıb.
