...

Ötən gün Azərbaycanda 69 sərxoş sürücü aşkar edilib

Cəmiyyət Materials 2 Aprel 2014 12:47 (UTC +04:00)
Aprelin 1-də Azərbaycanda yol patrul xidməti əməkdaşları tərəfindən yol hərəkəti qaydaları əleyhinə 5704 inzibati xəta aşkar edilib.
Ötən gün Azərbaycanda 69 sərxoş sürücü aşkar edilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Aprelin 1-də Azərbaycanda yol patrul xidməti əməkdaşları tərəfindən yol hərəkəti qaydaları əleyhinə 5704 inzibati xəta aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-ə verilən məlumata görə, aprelin 1-də yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarəetməyə görə 69, avtomobildə sürücünün görünüş dairəsini məhdudlaşdıran əlavə avadanlıqların quraşdırılmasına görə 6 sürücü inzibati məsuliyyətə cəlb edilib.

Ötən gün avtomatik rejimdə işləyən nəzarət cihazlar vasitəsilə sürət həddini aşdıqlarına görə, sürücülərin iştirakı olmadan 2215 elektron protokol tərtib edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti