...

Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2014 16:47 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının binasında Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.
Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının binasında Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 69-cu ildönümü münasibətilə Böyük Vətən müharibəsinin iştirakçıları ilə görüş keçirilib.

Görüşdə Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Elnur Qurbanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov və müharibə veteranları iştirak ediblər.

Görüşdə çıxışı zamanı Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini E.Qurbanov o dövrdə xalqımızın mərd oğul və qızlarının müharibənin ən qaynar nöqtələrində igidlik göstərərək qəhrəmancasına həlak olduqlarını söyləyib. Artıq müharibənin bitməsindən və qazanılan qələbədən 69 il örtməsinə baxmayaraq, bu tarixin dövlətimiz tərəfindən hər il yüksək səviyyədə qeyd olunduğunu bildərərək, bunun ulu öndərimiz Heydər Əliyevin qoyduğu siyasi kursun bir hissəsi olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor N.Rəhimov bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hisslərini aşıladığını, onlara Vətəni qorumağın nə qədər müqəddəs bir iş olduğunu təbliğ etdiyini söyləyib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində bu gün Qafqazın ən güclü ordusuna sahib olduğumuzu xatırladaraq işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edib.

Tədbirin sonunda Böyük Vətən müharibəsinin iştirakçılarına Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti