...

Serbiya, eləcə də Bosniya və Herseqovina humanitar yardıma görə Azərbaycana minnətdardır

Cəmiyyət Materials 20 May 2014 13:45 (UTC +04:00)
Azərbaycandan sel daşqınlarının baş verdiyi Serbiya və Bosniya və Herseqovinaya yola salınan humanitar yardım həmin ölkələrin rəsmiləri tərəfindən qəbul edilib.
Serbiya, eləcə də Bosniya və Herseqovina humanitar yardıma görə Azərbaycana minnətdardır

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Azərbaycandan sel daşqınlarının baş verdiyi Serbiya və Bosniya və Herseqovinaya yola salınan humanitar yardım həmin ölkələrin rəsmiləri tərəfindən qəbul edilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən, mayın 19-da Fövqəladə Hallar Nazirliyi tərəfindən sel daşqınlarının baş verdiyi Serbiya və Bosniya və Herseqovinaya humanitar yardım yola salınıb. Hə iki ölkəyə göndərilmiş humanitar yardıma 12 ədəd müxtəlif həcmli motorlu qayıq, 260 ədəd müxtəlif ölçülü çadır, 300 ədəd səhra yataq dəsti, 1500 ədəd ədyal, 40 generator, 20 ədəd su pompası, xüsusi kimyəvi bakterioloji şəraitdə istifadə olunan geyim dəstləri, qaldırıcı qurğular və digər zəruri material və avadanlıqlar daxildir.

FHN əməkdaşlarının çatdırdığı humanitar yardımı Serbiya Prezidenti Tomislav Nikoliçin xanımı Dragika Nikoliç və dövlət rəsmiləri qəbul ediblər. Serbiyanın birinci xanımı keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına təşəkkürünü bildirib.

Humanitar yardımı təhvil verən FHN-in təmsilçisi bildirib ki, humanitar yardım dost Serbiya xalqına Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında çatdırılır.

Bosniya və Herseqovinada humanitar yardımı bu ölkənin Prezident Administrasiyasının rəhbəri və milli təhlükəsizlik naziri qəbul edib, dost yardımına görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlıqlarını bildiriblər.

Humanitar yardımların təqdim edilməsi mərasimində Azərbaycanın diplomatik nümayəndəliklərinin əməkdaşları da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti