...

Ombudsmanın nümayəndələri Sumqayıtda polis bölmələrində və Ruhi-Əsəb Xəstəlikləri Dispanserində yoxlama aparıblar

Cəmiyyət Materials 4 İyun 2014 16:44 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Sumqayıtda polis bölmələrinə və Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə başçəkmələr həyata keçiriblər.
Ombudsmanın nümayəndələri Sumqayıtda polis bölmələrində və Ruhi-Əsəb Xəstəlikləri Dispanserində yoxlama aparıblar

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri Sumqayıtda polis bölmələrinə və Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, MPQ-nin üzvləri əvvəlcədən xəbərdarlıq etmədən Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) müvəqqəti saxlama yerinə (MSY), həmin idarənin 1 və 3-cü polis bölmələrinə, habelə Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinə qısamüddətli başçəkmələr həyata keçiriblər. Başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Başçəkmələrdə məqsəd həmin müəssisələrdə saxlanılma şəraiti, saxlanılan şəxslərlə rəftar, əvvəlki başçəkmlər zamanı verilmiş tövsiyələrin icrası vəziyyətinin öyrənilməsi olub.

Standartlara cavab verən MSY-də saxlanılan şəxslərlə söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı şikayət etməyiblər. Onların şəxsi işlərinə və qeydiyyat kitablarına baxış keçirilib, pozuntu halları aşkar edilməyib.

1-ci və 3-cü polis bölmələrinə başçəkmələr zamanı orada saxlanılan şəxs olmayıb.

Həmçinin Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin bütün obyektlərinə baxış keçirilib, şərait, tibbi xidmət, qidalanma, xəstələrə qarşı rəftarla bağlı pozuntu müşahidə olunmayıb.

Bu müəssisələrə əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin bir çoxunun icra olunduğu, o cümlədən Sumqayıt Şəhər Ruhi-Əsəb Xəstəlikləri Dispanserində xəstələrə gətirilən və təqdim olunan sovqatların qeydiyyat kitablarının səliqəyə salındığı və bu işin tam həyata keçirildiyi, xəstələrin vahid uçotunun elektron qaydada aparılması üçün dispanserin beş ədəd kompüterlə təmin olunduğu, stasionar və ambulator müalicəsi aparılan xəstələrin dərman preparatları, həmçinin tibbi ləvazimatlarla, gigiyenik vasitələrlə kifayət qədər təmin olunduğu, eyni zamanda, Sumqayıt ŞPİ-nin MSY-də və adıçəkilən polis bölmələrində saxlanılma şəraitinin və sənədləşmə işinin daha da təkmilləşdirildiyi müəyyənləşdirilib.

Baxış keçirilmiş müəssisələrin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti