...

Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin nəticələri açıqlandı

Cəmiyyət Materials 5 İyun 2014 15:31 (UTC +04:00)
Azərbaycanda magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin nəticələri elan olunub.
Magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin nəticələri açıqlandı

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Azərbaycanda magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin nəticələri elan olunub.

Trend Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına istinadən məlumat verir ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçiminin nəticələri elan olunub.

Bakalavrlar ixtisaslaşma seçiminin nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Qəbul olunanların siyahısı iyunun 6-da "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisas seçimində iştirak edən 7274 bakalavrdan 5126 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3431 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1695 nəfəri isə əvvəlki illərin məzunudur.

Qəbul olanların 2101 nəfərini oğlanlar, 3025 nəfərini isə qızlar təşkil edir.

Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. 2014-cü ilin məzunları digər sənədlərlə birlikdə, ali təhsil müəssisəsini bitirmək haqqında arayış da təqdim etməlidirlər. Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti