...

Səngəçal qəsəbəsində səyyar görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 28 İyun 2014 12:06 (UTC +04:00)
27 iyun 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.
Səngəçal qəsəbəsində səyyar görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 28 iyun /Trend/

27 iyun 2014-cü il tarixində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşünü keçirdi.

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak edirdilər.

Keçirilmiş səyyar qəbulda 100-ə yaxın qəsəbə sakinləri iştirak edirdi.

Qəbula gələn qəsəbə sakinlərindən 9 nəfəri fərdi qaydada dinlənildi. Qəsəbə sakinləri qəsəbədə aparılan quruculuq işlərindən razılıqlarını və ölkə rəhbərinə öz dərin minnətdarlıqlarını bildirərək onları narahat edən problemlərdən danışdılar. Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov müraciətlərdə qaldırılan problemlərin həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov qəsəbə ərazisində görülən işlər barədə ətraflı məlumat verərək qeyd etdi ki, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən qəsəbə ərazisində Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölməsi açılmışdır. Müvafiq Dövlət Proqramı çərçivəsində mini futbol meydançası və idman zalının tikintisi işləri davam edir. Bundan başqa qəsəbə ərazisindən keçən 1,8 km uzunluğunda olan alternativ yolda asfalt hazırlığı işləri görülüb və yaxın günlərdə asfalt örtüyü vurulacaq. 1500-ə yaxın müxtəlif növ ağaclar əkilərək yaşıllıq zolaqları salınmışdır. Qəsəbə ərazisində 130 p/m su xətti dəyişdirilmişdir.

Daha sonra sakinlərə Azərbaycan Respublikası Prezidentinin imzaladığı "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na əsasən yaxın vaxtlarda görüləcək işlər barəsində danışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti