...

Bakının mərkəzi küçələrindən birinin yenidən qurulması başa çatır

Cəmiyyət Materials 3 İyul 2014 10:38 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC gələn həftənin ortalarında Həsən Əliyev küçəsinin yenidən qurulması üzrə işləri tamamlamaq niyyətindədir.
Bakının mərkəzi küçələrindən birinin yenidən qurulması başa çatır

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC gələn həftənin ortalarında Həsən Əliyev küçəsinin yenidən qurulması üzrə işləri tamamlamaq niyyətindədir. Bu barədə cümə axşamı Trend-ə ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, hazırda Azər Əliyev küçəsindən Tbilisi prospektinə qədər olan hissədə işlər həyata keçirilir, kommunikasiyalar, bordürlər dəyişdirilir. Yaxın günlərdə asfalt örtüyünün dəyişdirilməsi üzrə işlərə başlanacaq.

Mürsəliyev deyib: "Bütün işlərin həftə ərzində başa çatdırılması planlaşdırılır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti