...

Rəfiqə Əliyeva akademik oldu

Cəmiyyət Materials 3 İyul 2014 11:24 (UTC +04:00)
İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilən alimlər sırasında kimya elmləri doktoru, professor Rəfiqə Əliyeva da var.
Rəfiqə Əliyeva akademik oldu

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) həqiqi üzv seçilən alimlər sırasında kimya elmləri doktoru, professor Rəfiqə Əliyeva da var. R.Əliyeva bununla da akademik olub.

Trend-in məlumatına görə, akademik Rəfiqə Əliyeva Naxçıvan şəhərində anadan olub. 1956-cı ildə Аzərbaycan Dövlət Universitetinin (hazırlıq BDU) kimya fakültəsini bitirib, 1970-ci ildə kimya sahəsi üzrə namizədlik,1999-cu ildə isə doktorluq dissertasiyası müdafiə edib.

R.Əliyeva hazırda Bakı Dövlət Universitetində Analitik kimya kafedrasının professorudur, 2001-ci ildən təşkil edilmiş "Ekoloji kimya və ətraf mühitin mühafizəsi"elmi-tətqiqat laboratoriyasını rəhbərlik edir. O, Bakı Dövlət Universitetinin nəzdindəki Dissertasiya Müdafiə Şurasının sədr müavini, BDU-nun və Kimya fakültəsinin Elmi Şurasının üzvüdür. Xatırladaq ki, R.Əliyeva buna qədər Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü idi. Bir çox elmi məqalə, monoqrafiya, patent, dərs vəsaiti və kitabların müəllifi olan Rəfiqə Əliyeva 18 elmlər namizədi və 2 elmlər doktoruna rəhbərlik edib. "Şöhrət" ordenli əməkdar elm xadim R.Əliyeva müxtəlif mükafatlara layiq görülüb.

Rəfiqə Əlirza qızı Əliyeva Azərbaycanın ümümmilli lideri Heydər Əliyevin bacısı, mərhum Rafiq Xələfovun həyat yoldaşıdır.

Çox hörmətli akademik Rəfiqə xanım Əliyevaya qeniş elmi tədqiqat işlərində uğurlar və can sağlıqı arzu edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti