Lerikdə "Yay məktəbi" layihəsinin IV turu öz işini uğurla davam etdirir (FOTO)

Lerikdə "Yay məktəbi" layihəsinin IV turu öz işini uğurla davam etdirir (FOTO)

Azərbaycan, Bakı, 28 iyul /Trend/

İyulun 28-də Lerik rayonunda Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin "Gənc liderlər" gənc siyasətçilər üçün "Yay məktəbi" layihəsinin IV turu öz işini davam etdirib. "Yay məktəbi"nin IV turunun ikinci günündə müxtəlif mövzularda diskussiyalar aparılıb, interaktiv oyunlar və idman yarışları keçirilib.

Əvvəlcə layihə iştirakçıları "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir və ölkənin uğurlu iqtisadi inkişafında İlham Əliyev faktoru" mövzusunda diskusiyada iştirak ediblər.

Lerik IV tur qrupunun rəhbəri, YAP Siyasi Şurasının üzvü və partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlər göstətdiyini vurğulayıb. Qeyd olunub ki, ulu öndər respublikamıza ilk dəfə rəhbərlik etdiyi dövrdə çox qısa bir zamanda Azərbaycan orta səviyyəli aqrar ölkədən keçmiş SSRİ-nin ən inkişaf etmiş sənaye respublikalarından birinə çevirildi.

Ümummilli lider Heydər Əliyevin 1969-1982-ci illəri əhatə edən respublikaya rəhbərliyi dövründə azərbaycançılıq ideologiyasının əsasının qoyulması, milli özünüdərkin bərpası kimi tarixi xidmətlər göstərdiyini deyən qrup rəhbəri ulu öndərin xalqımız qarşısındakı ən böyük xidmətlərindən birinin Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılması olduğunu bildirib.

Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldığını diqqətə çatdıran qrup rəhbəri qeyd edib ki, ümumxalq partiyası olan YAP ötən dövr ərzində öz səmərəli fəaliyyəti ilə Azərbaycanın dinamik inkişafına müstəsna töhfələr verib.

Xalqın ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi misilsiz etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

"Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan üçün çox ağır bir zamanda yenidən hakimiyyətə gəldi. O dövrdə Azərbaycan dövləti məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı, ölkə vətəndaş müharıbəsinin astanasında idi. Qarabağ cəbhəsində uğursuzlar davam edirdi, hər ötən gün Vətən torpağının daha bir hissəsini itirirdik, vahid komandanlığın olmaması səbəbindən milli ordu pərən-pərən olmuşdu, hər gün cəbhədən igid oğullarımızın ölüm xəbərlərini eşidirdik. Məhz ümummilli lider Heydər Əliyevin yüksək dövlətçilik təcrübəsi sayəsində Azərbaycan dövləti dağılmaq təhlükəsindən xilas oldu. Qarabağ cəbhəsində atəşkəsə nail olundu. Qısa müddətdə ölkədə siyasi sabitlik bərqərar oldu. Tamamilə dağılmış ölkə iqtisadiyyatının inkişafının təməli qoyilmuş oldu. 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan xarici sərmayədarların maraq dairasinə çevrildi, ölkə iqtisadiyyatına xarici investisiyalar cəlb olunmağa başladı. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrildi. Ulu öndərin uzaqgörən xarici siyasət kursu sayəsində Azərbaycan beynəlxalq mövqeyini möhkəmləndirdi və etibarlı tərəfdaşa çevrildi", - deyən A.Hüseynov daha sonra vurğulayıb ki, Vətənini sevən hər bir gənc Azərbaycan dövləti qarşısında belə misilsiz xidmətlərinə görə hər zaman Heydər Əliyevin ruhu qarşımında minnətdarlıqla baş əyməli, onu dərin ehtiramla yad etməlidir.

Bu gün müasir müstəqil Azərbaycanın ümummilli liderin ideyaları əsasında inkişaf etdiyini bildirən qrup rəhbəri daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli siyasət sayəsində Azərbaycan Respublikasının inkişafı davam edir, dövlət quruculuğu istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edilir.

"Məhz İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı dünyada ən sürətli inkişaf edən iqtisadiyyat hesab olunur. Məhz bu siyasət nəticəsində dünya ölkələrini bürüyən iqtisadi böhran ölkəmizdən yan keçdi. Ölkəmizdə bütün sahələrdə inkişaf davam etməkdədir. Bu inkişaf təkcə paytaxt Bakı ilə məhdudlaşmır. İndi respublikanın ən ucqar rayonunda belə iqtisadi inkişaf hiss olunur. Ölkə ərazisi, demək olar ki, bütünlükdə böyük tikinti meydançasını xatırladır. Hə il yeni-yeni sənaye müəssisələri yaradılır, yeni istehsal sahələri istifadəyə verilir. Bütün bunlar isə sözsüz ki, vətəndaşların sosial rifahının yüksəlməsinə xidmət edir", - deyən qrup rəhbəri daha sonra vurğulayıb ki, məhz bunun nəticəsində ölkədə yoxsulluğun səviyyəsi və işsizlik, demək olar ki, ən minimuma enib.

Diskussiyalarda iştirak edən gənclər Azərbaycanın iqtisadi inkişafında ulu öndər Heydər Əliyevin xidmətlərini sadalamaqla yanaşı, Prezident İlham Əliyevin də misilsiz xidmətlərini vurğulayıblar. Qeyd olunub ki, məhz İlham Əliyevin yürütdüyü düzgün siyasət nəticəsində bu gün ölkə iqtisadiyyatı böyük inkişaf tempi götürüb. Neft gəlirlərindən güzgün istifadə nəticəsində xalqın rifahı ildən-ilə daha da yaxşılaşır. Eyni zamanda, dövlətimiz gənclərin təhsilinə böyük diqqət yetirir. Hər il dövlət büdcəsi hesabına minlərlə gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almağa göndərilir.

Çıxışlarda qeyd olunub ki, ümumiyyətlə, Azərbaycanda uğurlu gənclər siyasəti yürüdülür. 2012-ci ildə Avropanın ən nüfuzlu musiqi yarışması olan "Evrovision" mahnı musabiqəsinin Bakıda uğurla keçirilməsi, həmçinin gələn il ilk dəfə olaraq Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ölkəmizin beynəlxalq nüfuzunun ildən-ilə yüksəlməsinin bariz nümunəsi olmaqla yanaşı, həm də Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini, gənclərin fiziki hazırlığının yüksəlməsinə, onların asudə vaxtlarının səmərəli təşkilinə dövlət səviyyəsində böyük qayğı göstərilməsini təsdiqləyir. Gənclər öz çıxışlarında bu işdə Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın da müstəsna xidmətlərinin olduğunu vurğulayıblar.

Sonra gənclərin sualları cavablandırılıb və mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.

Fasilədən sonra "Azərbaycan cəmiyyətində ailənin rolu" mövzusunda seminar keçirilib. Qrup rəhbəri A.Hüseynov Azərbaycan ideal ailə nümunəsində Heydər Əliyev və Zərifə xanım Əliyevanın bir-birilərinə olan sonsuz sevgisini misal göstərib. Bütün qadağalara baxmayaraq , nəhayət onların ideal ailə qurmağa müvəffəq olduqlarını xatırladıb. Eyni zamanda, İlham Əliyev və Mehriban xanım Əliyevanın timsalında bu ideal ailə ənənəsinin uğurla davam etdiyini vurğulayıb: "Dünya dövlətlərinə nəzər yetirsək, heç bir ölkənin birinci xanımının Mehriban Əliyeva kimi gərgin fəaliyyətini görə bilmərik. Mehriban xanım Əliyeva digər mühüm işləri ilə yanaşı, tarixdə ilk dəfə keçiriləcək, ümumiyyətlə gələcək üçün bir etalona, standarta çevriləcək ilk Avropa Oyunlarının Təşkilat komitəsinə rəhbərlik edir. Öz yorulmaz fəaliyyəti ilə Prezidentimizlə çiyin-çiyinə çalışır, ona dəstək verir. Bax, budur ideal ailə".

Mövzu ətrafında çıxış edən gənclər də Prezident İlham Əliyevlə Mehriban xanım Əliyevanın ailə cütlüyünü ideal ailə kimi gördüklərini vurğulayıb, eyni zamanda, gənclərə onlardan nümunə götürmək tövsiyə olunub.

Sonra seminar mövzu ətrafında qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.

Bakcell neftçiləri təbrik etdi
Bakcell neftçiləri təbrik etdi
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
“Mənim Bakcellim” – mobil nömrə hesabınızı idarə etmək üçün ən rahat həll
Elektron Təhlükəsizlik Xidməti yeni dərs ilinin başlanması münasibətilə orta məktəb müəllimləri üçün vebinar keçirib
Elektron Təhlükəsizlik Xidməti yeni dərs ilinin başlanması münasibətilə orta məktəb müəllimləri üçün vebinar keçirib
Loading Bars
Xəbər lenti
Texasda təyyarə qəzaya uğrayıb, ölənlər var
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Filippin sahillərində güclü zəlzələ olub
Kolumbiyada naməlum şəxslər 5 nəfəri qətlə yetirib
Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb
Trampı zəhərləmək istəyən şəxs Kanada-ABŞ sərhədində saxlanılıb
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Özbəkistanda koronavirusa yoluxanların sayı 51 min nəfəri ötüb
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib
Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qalıb
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Türkiyədə koronavirusdan bir gündə 1 116 nəfər sağalıb
Sentyabrın 21-i üçün teledərslərin cədvəli açıqlanıb
Gəncədə F-1 əl qumbarası aşkar edilib (FOTO)
Qırğızıstanda sutkada daha 81 nəfər koronavirusa yoluxub
Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadılıb
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 20.09.2020 tarixli bölüm
Neftçilər prospektində baş verən qəza tıxaca səbəb olub
Gürcüstan deputatı: Dünya bazarında Azərbaycanın qazının və neftinin çəkisi heç də az deyil
Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib
Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər
İbrahim Əhmədov: "Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)
Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
Elman Nəsirov: Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 3 min nəfəri keçib
Pərvin Kərimzadə: Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr
Bakcell neftçiləri təbrik etdi
Vaxtilə ekoloji fəlakət zonası olan ərazilərin indiki halı (FOTO)
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Bütün xəbərlər