...

Ötən həftə ərzində paytaxtda baş vermiş yol qəzalarının statistikası açıqlandı

Cəmiyyət Materials 30 İyul 2014 16:04 (UTC +04:00)
Son bir həftə ərzində, yəni iyulun 19-dan 26-na kimi paytaxtda 23 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 38 nəfər xəsarət alıb.
Ötən həftə ərzində paytaxtda baş vermiş yol qəzalarının statistikası açıqlandı

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlkin İzzət/

Son bir həftə ərzində, yəni iyulun 19-dan 26-na kimi paytaxtda 23 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 38 nəfər xəsarət alıb. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, daha öncəki həftə ilə müqayisədə hadisələrin sayı 7 fakt, ölənlərin sayı 4 nəfər, xəsarət alanların sayı isə 23 nəfər azalıb.

Bölmə rəisi qeyd edib ki, hadisələrin baş verməsinin əsas səbəbini yenə də sürət həddinin aşılması olub. Baş vermiş yol qəzalarında piyadaların vurulması halları üstünlük təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti