...

DİN dini ayrı-seçkilik və dözümsüzlük məsələlərini diqqət mərkəzində saxlayır

Cəmiyyət Materials 30 İyul 2014 17:46 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə “Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır” mövzusunda növbəti konfrans iyulun 30-da Astara rayonunda keçirilib.
DİN dini ayrı-seçkilik və dözümsüzlük məsələlərini diqqət mərkəzində saxlayır

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlkin İzzət/

Daxili İşlər Nazirliyinin (DİN) təşəbbüsü ilə "Tolerantlıq Azərbaycan cəmiyyətinin yaşam normasıdır" mövzusunda növbəti konfrans iyulun 30-da Astara rayonunda keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov Azərbaycanda bütün dinlərə və digər millətlərə tarixən tolerant münasibət bəslənildiyini bildirib, dini ayrı-seçkilik və ədavət salınmasının, dözümsüzlük ideyalarının yayılmasının yolverilməzliyi, belə halların qarşısının alınması məqsədilə DİN tərəfindən görülən işləri və bu sahənin daim diqqət mərkəzində saxlanıldığını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Astara RPŞ-nin rəisi, polis polkovniki Adil Həsənov çıxışında rayonda radikalizmi, dözümsüzlüyü və bölücülüyü təbliğ edən zərərli meyllərə qarşı aparılan mübarizə tədbirləri barədə iştirakçılara məlumat verib.

Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Astara şöbəsinin nümayəndəsi Aydın Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rayon üzrə dini icmasının sədri İlqar Həsənov, Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və digər şəxslər dini, mənəvi-əxlaqi dəyərlərin qorunması sahəsində görülən işlərdən danışıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti