...

Azərbaycanın dəstəyi ilə Parisdə terror qurbanlarına dair dinləmələr keçiriləcək

Cəmiyyət Materials 4 Avqust 2014 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq "Terrorizmin Qurbanları Fransa Assosiasiyası"nın təşkilatçılığı ilə avqustun 3-11-də Parisdə "Papillon" layihəsinin icrası üzrə bir sıra tədbirlər keçiriləcək.

Şuradan Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi ekstremizm və etnik separatçılığa dair sülhün təbliği, terrorizm qurbanları üçün uzunmüddətli psixoloji yardım proqramının hazırlanmasıdır.

Layihə çərçivəsində dünyanın müxtəlif ölkələrindən 15-23 yaş arası 20 terrora məruz qalmış şəxs seçilərək hər biri 10 nəfərdən ibarət olmaqla 2 qrup yaradılacaq və onların düşüncələrindən ibarət məqalələr nəşr olunacaq. Daha sonra terrora məruz qalmış həmin şəxslərin, müxtəlif ekspertlərin, dövlət qurumlarının və UNESCO-nun da iştirakı ilə dinləmələr keçiriləcək. Layihə iştirakçılarına işğala məruz qalan dövlət kimi Azərbaycan haqqında geniş informasiya veriləcək, uzun müddətdən bəri Ermənistanın terror siyasətindən əziyyət çəkən ölkəmiz haqqında dünya ictimaiyyətinə obyektiv, ədalətli məlumatlar çatdırılacaq.

Qeyd edək ki, Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud və beynəlxalq əlaqələr üzrə məsləhətçi İlqar Dadaşov 5-8 avqust 2014-cü il tarixlərində "Terrorizmin Qurbanları Fransa Assosiasiyası"nın həyata keçirdiyi layihə çərçivəsində keçiriləcək tədbirlərdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti