...

“Excelsior Hotel Baku” oteli yeni aksiyaya start verib

Cəmiyyət Materials 28 Avqust 2014 12:21 (UTC +04:00)
“Excelsior Hotel Baku” oteli yay mövsümü ilə bağlı qadınlar üçün xüsusi aksiyaya start verib.
“Excelsior Hotel Baku” oteli yeni aksiyaya start verib

Azərbaycan, Bakı, 28 avqust /Trend/

"Excelsior Hotel Baku" oteli yay mövsümü ilə bağlı qadınlar üçün xüsusi aksiyaya start verib. 15 sentyabr 2014-cü il tarixinə qədər "Aura" sağlamlıq mərkəzində qadınlar 50% endirimli qiymətlə bir illik üzvlüyü 1175 AZN və 6 aylıq üzvlüyü 750 AZN-ə əldə edə bilərlər.

Trend "Ataholdinq"ə istinadən xəbər verir ki, sahəsi 3 500 kv.metr olan "Aura" Sağlamlıq Mərkəzində trenajor zalı, qapalı və ilin isti vaxtlarında açıq havada işləyən 2 hovuz, açıq tennis kortu, istirahət otaqları "Aura" klubunun üzvlərinə xidmət edir. Trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb. Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa və pulsuz internetə qoşula bilirlər. "Aura" Sağlamlıq mərkəzində kallanetika, pilates, yoqa, aerobika, boks dərsləri keçirilir.

Açıq hovuzun ətrafında çimərlik mebelləri və çətirlər yerləşdirilib. Hovuz ətrafında olan "Green House" restoranı, kafe və bar qonaqlara Türk və milli mətbəxin zəngin menyusu ilə xidmət göstərir. Otel şəhərin mərkəzində olmasına baxmayaraq bu məkan gözəl, mənzərəli, sakit bir yerdir və avtomobillərin saxlanılması üçün ödənişsiz böyük dayanacağa malikdir. Burada bol əyləncə ilə dolu gözəl günlər keçirmək olar.

"Excelsior Hotel & Spa Baku" 2005-ci ilin avqustundan fəaliyyət göstərir. Otel 1 "İmperial "- lyuks, "Royal"- lyuks, 4 "Crown"-lyuks , 45 "Heritage" - deluks, 9 "Duke" - standard otaqlar, konfrans zalı, biznes mərkəzi, restoranlar, "Aura" sağlamlıq mərkəzi və s.-dən ibarətdir. "Excelsior Hotel Baku" otelinə 496 78 02 telefon nömrəsinə zəng edərək geniş məlumat almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti