Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İlkin İzzət/
Azərbaycanda dövlət orqanlarında vakant olan 23 yer üzrə ümumi müsahibə elan edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan Trend-ə bildiriblər ki, Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edir.
Ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 03 sentyabr 2014-cü il tarixdən 22 sentyabr 2014-cü il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.
Qeyd edək ki, ümumi müsahibəyə 6 dövlət orqanında 22 vəzifə üzrə 23 vakant yer çıxarılıb.
Azərbaycanda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilib
Azərbaycanda dövlət orqanlarında vakant olan 23 yer üzrə ümumi müsahibə elan edilib.