Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İlkin İzzət/
Bakının daha bir küçəsində hərəkət məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən mləumata görə, bu gün saat 22:00-dan etibarən yolda üfüqi nişanlama (xətləmə) işlərinin aparılması ilə əlaqədar Fətəli xan Xoyski küçəsinin Ağa Nemətulla küçəsi ilə kəsişməsindən Nəsibbəy Yusifbəyli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində hərəkət qismən məhdudlaşdırılacaq.
Sürücülərə alternativ olaraq Akademik Həsən Əliyev küçəsindən istifadə etmələri tövsiyə olunur.