...

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi sabiq prezident və baş nazirləri birləşdirən təşkilatla əməkdaşlıq edəcək

Cəmiyyət Materials 2 Oktyabr 2014 15:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi daha bir nüfuzlu təşkilatla əməkdaşlığa başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dünyanın nüfuzlu klublarından biri "InterAction Council" təşkilatı ilə əməkdaşlıq edəcək. Bu barədə razılıq Mərkəzin baş katibi Rövşən Muradovla "InterAction Council"ın baş katibi Tomas Aksvorti arasında Nyu Yorkda keçirilmiş görüş zamanı əldə olunub.

Görüşdə T.Aksvortiyə Mərkəzin üzvləri, fəaliyyəti, həyata keçirdiyi layihələr, əməkdaşlıq etdiyi təşkilatlar haqqında ətraflı məlumat verilib, həmçinin birgə fəaliyyətin perspektivləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq birgə əməkdaşlıq çərçivəsində 2016-cı ildə beynəlxalq toplantının keçirilməsi qərara alınıb.

Qeyd edək ki, "InterAction Council" təşkilatı da Madrid Klubu kimi sabiq prezident və baş nazirləri birləşdirən nüfuzlu təşkilatdır. 1983-cü ildə yaradılmış qurumun əsas məqsədi bəşəriyyəti narahat edən siyasi, iqtisadi və sosial məsələlərin həllində təcrübəsini, enerjisini və beynəlxalq əlaqələrini səfərbər etmək üçün sabiq liderləri bir araya gətirməkdir. Qurumun 30-dan çox üzvü var və onlar hər il toplaşaraq qlobal problemlərin həlli üçün tövsiyələr işləyib hazırlayırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti