...

AMEA Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoruna yeni vəzifə verildi

Cəmiyyət Materials 20 Oktyabr 2014 16:45 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna direktor müavini təyin edilib.
AMEA Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoruna yeni vəzifə verildi

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna direktor müavini təyin edilib.

Akademiyadan Trend-ə verilən məlumata görə, AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru A.Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna elmi işlər üzrə direktor müavini təyin edilib. Bu gün AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli A.Əliyeva-Kəngərlini kollektivə təqdim ediblər.

Qeyd edək ki, A.Əliyeva-Kəngərli uzun müddət AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti