...

Ekologiya Nazirliyi: Azərbaycanda ən çox qar Qubanın Xınalıq kəndinə düşüb

Cəmiyyət Materials 3 Noyabr 2014 11:31 (UTC +04:00)
Ötən gün Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar ən çox qar Qubanın Xınalıq kəndi ərazisinə düşüb.
Ekologiya Nazirliyi: Azərbaycanda ən çox qar Qubanın Xınalıq kəndinə düşüb

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Ötən gün Azərbaycanda havanın kəskin dəyişməsi ilə əlaqədar ən çox qar Qubanın Xınalıq kəndi ərazisinə düşüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, əvvəlcədən xəbər verildiyi kimi, noyabrın 2-dən hava şəraiti dəyişib.

Lənkəran-Astara bölgəsində düşən yağıntının miqdarı 32 mm-dək olub ki, bu da aylıq normanın 78 faizini təşkil edib. Mərkəzi Aran rayonlarında aylıq normanın 125 faizi qədər - 36 mm-dək, Böyük Qafqazda aylıq normanın 43 faizi qədər - 25 mm-dək, Gəncə-Qazax aylıq normanın 87 faizi qədər - 13 mm, Naxçıvan Muxtar Respublikasında aylıq normanın 82 faizi qədər - 13 mm, Bakıda və Abşeron yarımadasında aylıq normanın 99 faizi qədər - 27 mm yağıntı düşüb.

Qar örtüyünün hündürlüyü Xınalıqda 40, Altıağacda 25, Göygöldə 23, Daşkəsəndə 18. Gədəbəydə 7 sm olub.

Ötən gün Abşeron yarımadasında və bir sıra rayonlarda güclü külək əsib. Noyabrın 2-də Bakıda və Abşeron yarınadasında minimal temperatur 4-8, Aran rayonlarında 1-7, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta, Naxçıvan Muxtar Respublikasında 4 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti