...

Azərbaycanda Aşura Günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

Cəmiyyət Materials 4 Noyabr 2014 11:18 (UTC +04:00)
Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən ölkənin 15 tibb məntəqəsində qanvermə aksiyası keçirilir.
Azərbaycanda Aşura Günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən ölkənin 15 tibb məntəqəsində qanvermə aksiyası keçirilir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, əhalinin qan verməsi üçün tibbi məntəqələrin 8-i Bakı məscidlərində təşkil edilib. Bakıda həmin məntəqələrdən əlavə Mərkəzi Qan Bankında da qanvermə aksiyası keçirilir. Bununla yanaşı, tibbi məntəqlərin 6-sı digər şəhər və rayonlarda - Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Bərdə məscidlərində yaradılıb.

Bu məntəqələrin hər birində nazirliyin tibbi briqadaları fəaliyyət göstərir.

Qanvermə aksiyası bu gün axşam saatlarına kimi davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti