...

Azərbaycanda şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildi

Cəmiyyət Materials 18 Noyabr 2014 18:00 (UTC +04:00)
Millət vəkili söyləyib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır.
Azərbaycanda şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildi

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda vergidən yayınma hallarına son qoyulmalıdır. Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Rafael Cəbrayılov Milli Məclisdə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.

Millət vəkili söyləyib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır: "Bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmuruq".

O, qeyd edib ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələri arasında da var: "Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti