...

Bakıda 31 dilənçi barəsində inzibati tədbir görülüb

Cəmiyyət Materials 20 Noyabr 2014 11:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda dilənçiliklə məşğul olan 31 şəxs barəsində inzibati tədbir görülüb. Onlardan 15 nəfəri uşaqdır.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, dilənçiliklə məşğul olan 16 qadın, 15 azyaşlı olmaqla, barələrində inzibati qaydada tədbir görülüb. Onlar yaşadıqları rayonlara göndəriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti