Azərbaycan, Bakı, 27 noyabr /Trend, müxbir İlkin İzzət/
Suraxanı rayonunda yolu bağlamağa cəhd edən sakinlərlə izahedici söhbətlər aparılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 26-da saat 12 radələrində Suraxanı rayonunun Bülbülə qəsəbəsinin 20 nəfər (qadın) sakini kanalizasiya və yollarının pis vəziyyətdə olması ilə əlaqədar qəsəbənin ərazisindən keçən avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış izahedici söhbətlərdən sonra onlar gediblər.