...

Gəncə polisi yük maşınları ilə mübarizə aparır

Cəmiyyət Materials 9 Dekabr 2014 19:26 (UTC +04:00)
Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin və Nəqliyyat Departamentinin əməkdaşları bu dəfə iritonnajlı yük maşınları ilə bağlı növbəti reyd keçirib. Məqsəd yollara qənim kəsilən və yük maşınlarını normadan artıq yükləyən sürücüləri aşkar etməkdir.
Gəncə polisi yük maşınları ilə mübarizə aparır

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin və Nəqliyyat Departamentinin əməkdaşları bu dəfə iritonnajlı yük maşınları ilə bağlı növbəti reyd keçirib. Məqsəd yollara qənim kəsilən və yük maşınlarını normadan artıq yükləyən sürücüləri aşkar etməkdir.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin küçə və prospektlərində şütüyərək yolları bərbad vəziyyətə qoyan, həmçinin qəzalı şəraitdə idarə olunan yük maşınlarına bu dəfə şəhərin Poçt qəsəbəsi ərazisində fəaliyyət göstərən daş bazarında rast gəlinib.

Keçirilən reyd zamanı iritonnajlı yük maşınlarını Nəqliyyat Departamentinin əməkdaşları xüsusi tərəzilər vasitəsilə çəkiblər. Avtomobillərə normadan artıq yük vuran sürücülərin nəqliyyat vasitələri çərimə meydançasına aparılıb.

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin müfəttişi Knyaz Orucov bildirib ki, bu kimi halların qarşısını almaq məqsədilə mütəmadi reydlər keçiriləcək: "Üzümü sürücülərə, hüquqi və fiziki şəxslərə tutaraq bildirirəm ki, istifadələrində olduğu iritonnajlı nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə imkan verməsinlər. Əks halda onlar barəsində ciddi tədbir görüləcək. Çünki normadan artıq yükü olan nəqliyyat vasitələri qeyri- qanuni şəraitdə şəhərin yollarına daxil olan zaman yeni çəkilmiş yolları dağıdaraq bərbad vəziyyətə qoyur".

Keçirilən reyd zamanı qanunu pozan 16 yük maşınının sürücüsünə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manatdan 800 manata qədər cərimə sanksiyaları tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti