FEI Baş Assambleyasının iştirakçıları "Qala" qoruğunda olublar (FOTO)

FEI Baş Assambleyasının iştirakçıları "Qala" qoruğunda olublar (FOTO)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir Vüqar İmanov/

Beynəlxalq Atçılıq Federasiyasının Baş Assambleyasının (FEI) iştirakçıları Bakıdan 40 dəqiqəlik məsafədə, Abşeron yarımadasının eyniadlı kəndində yerləşən "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğuna çox maraqlı səyahət ediblər.

Trend-in məlumatına görə, qonaqlar qoruqda gördüklərindən böyük zovq aldıqlarını və qədim Azərbaycan haqqında faydalı məlumat əldə etdiklərini bildiriblər.

Çexiya Atçılıq Federasiyasının nümayəndəsi Luiza Spivokova deyib ki, "Qala" qoruğunda tarixi ekspozisiya müasir kontekstə köçürülüb: "Mən Azərbaycanın qədim tarixi haqqında çox şey öyrəndim. Qoruğun unikallığı ondan ibarətdir ki, təkcə klassik muzey kimi fəaliyyət göstərmir, həm də Azərbaycan xalqının mədəniyyəti və ənənələri haqqında məlumat almaq üçün əhəmiyyətli məkandır".

Hindistan Atçılıq Federasiyasının baş katibi Cakat Sinx də "Qala" qoruğundan böyük təəssüratlarla ayrıldığını bildirib: "Biz gördük ki, evlər qədimdə necə olub, orta əsr ocağı, təndir çörəyi bişirmək üçün soba necə hazırlanıb. Həm varlı, həm də kasıb insanın evinin içərisi necə olub. Saxsı qabların, xalçaların, mebellərin və bəzək əşyalarının nadir nümunələri, xüsusilə, dolğun qaya rəsmləri məni xeyli təəccübləndirdi".

Malayziya Atçılıq Federasiyasının icraçı katibi Maj Yap Моу Sun isə qeyd edib: "Bu qoruğa ekskursiya xatirimdə daha uzun müddət qalacaq və öz ölkəmə qayıdandan sonra "Qala" haqqında mütləq dostlarıma danışacağam. Bu qoruq bəşəriyyətin həm yaranma dövrünün, həm də qədim Azərbaycan əhaslinin maddi və mənəvi mədəniyyətinin öyrənilməsi üçün zəngin mənbədir. Burada qədim azərbaycanlıların yüksək məişət mədəniyyətini gördük. Bu elə bir amildir ki, sizin xalq bununla fəxr edə bilər".

İngiltərə Atçılıq Federasiyasının nümayəndəsinin sözlərinə görə, "Qala" ölkədə turizmin inkişafı üçün çox mühüm mədəniyyət ocağıdır. O bildirib ki, muzey ərazisində yerləşən yaşayış və təsərrüfat yerləri turistlərdə Azərbaycan xalqının həyat tərzi və mədəniyyətinin bütün zənginliyi haqqında əyani təsəvvür yaratmağa imkan verir: "Avropalılar və amerikalılar ekzotika axtarmaq üçün dünya boyunca səyahət edirlər. Hamıya danışmaq lazımdır ki, Azərbaycanda belə qoruq mövcuddur".

Koreya Respublikası Atçılıq Federasiyasının baş katibi Kim Conq Çan isə belə gözəllik görmədiyini bildirib: "Mən elə bil ki, bir çox əsr əvvələ qayıtdım. Həmişə hesab etmişəm ki, nəinki eksponatları, hətta əcdadlarımızın həyat tərzini, məişətini, ayinlərini, bayramlarını duya bilmək, göstərmək lazımdır. "Canlı tarix" və ya necə deyərlər, "əllərlə tarixi araşdırmaq" maraqlıdır və "Qala" qoruğu bu gün tamaşaçılara məhz bunu təklif edir. Bu qoruq tarixi öyrənmək və mənəvi istirahət üçün gözəl məkandır".

Qeyd edək ki, dekabrın 11-14-də Bakıda Azərbaycan Atçılıq Federasiyasının (ARAF) dəvəti ilə Bey­nəlxalq Atçılıq Federasiyasının ali orqanı olan Baş Assam­bleyanın illik iclası keçirilib. İclasda Beynəlxalq Atçılıq Federasiyasının 350-dən çox nümayəndəsi və 110 ölkədən fəxri qonaqlar iştirak ediblər. Bu, indiyədək keçirilmiş Baş Assambleyalar tarixində re­kord göstəricidir.

Baş Assambleyada, həmçinin Beynəlxalq Atçılıq Federasiyası yeni prezidentinin seçkiləri keçirilib. 2006-cı ildən Beynəlxalq Atçılıq Federasiyasının (FEI) prezidenti olan İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn növbəti dəfə prezidentliyə namizədliyini irəli sürməyib. Səsvermə nəticəsində federasiyanın hazırkı baş katibi İnqmar de Vos FEI-nin yeni prezidenti seçilib.

Baş Asambleya çərçivəsində ARAF tərəfindən Bakıda "Mangal Steak House" restoranında Beynəlxalq Atçılıq Federasiyası Baş Assambleyası iştirakçılarının şərəfinə "Azərbaycana xoş gəlmişsiniz!" adlı qala-ziyafət təşkil olunub. Bayram gecəsinin qonaqlarına Azərbaycan milli mətbəxinin nəfis təamları təqdim olunub. Gecədə xalq musiqisi, muğam və rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı keçirilib.

İordaniya Şahzadəsi xanım Haya Bint Al Hüseyn də FEI-nin Bakıda keçirilən Baş Assambleyasının iştirakçılarının şərəfinə "Dağüstü Park Cafe"də xüsusi kokteyl-gecə təşkil edib.

"Buta Palace"-da Beynəlxalq Atçılıq Federasiyası və ARAF tərəfindən birgə tədbirin qala-gecəsi təşkil olunub. Qala-gecədə ilin ən yaxşı idmançısı, məşqçisi, mehtəri, komandası, gənc idmançısı və s. kimi nominasiyalar üzrə təltifetmə mərasimi keçirilib.

Bundan əlavə, qonaqların Bakı şəhəri ilə yaxından tanış olması məqsədi ilə dekabrın 11, 12, 13-də şəhər turları təşkil olunub. Gəzintilər Xalçaçılıq Muzeyini, Dövlət Bayrağı Meydanını, Heydər Əliyev Mərkəzini və "Qala" Tarixi Muzey Kompleksini əhatə edib.

Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Qarabağ və cəmiyyət üçün könüllülük; uğur düsturu - debat və müzakirələr
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Ali Baş Komandan qələbə ruhunu qaytardı - Firdovsi Umudov (VİDEO)
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Kanadalı Azərbaycanlılar Şəbəkəsinin üzvləri Kanadanın Xarici işlər naziri ilə görüşüb
Loading Bars
Xəbər lenti
Qurban Qurbanov koronavirusa yoluxub
Bakıda su hovuzuna düşən 2 azyaşlının meyitləri tapıldı (ƏLAVƏ OLUNUB)
Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb
Xalqın Ali Baş Komandanının ətrafında daha sıx birləşməsi bəzi hakimiyyət hərislərini təlaşlandırır - Siyasi ekspert
Ermənistan prezidenti Paşinyan hökumətinin istefasını tələb edib
Yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsini hansı cəza gözləyir?
Bakıda kommersiya obyektində yanğın olub
Abşeronda yaşayış binasında yanğın olub
Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi
Azərbaycan diasporu yeni və çətin mərhələyə keçib: əsl mübarizə hələ qabaqdadır
Suqovuşan kəndinə gedən yolun mina və partlamamış sursatlardan təmizlənməsi işləri davam edir (FOTO)
Zərdabda yaşayış yerini qanunsuz tərk edən aktiv koronaviruslu xəstəyə cinayət işi açılıb
İranda sutka ərzində 389 nəfər koronavirusdan ölüb
Xırdalandakı uçquna görə, 9 məcburi köçkün ailəsi müvəqqəti ünvanda yerləşdirilib - Komitə
Daşkəsəndə karantin rejimini pozan iaşə obyektləri aşkarlanıb
Bugün sifariş əsasında “qara piar” aparan radikal müxalifətin hərisliyi ucbatından topraqlarımız işğal olunmuşdu - ŞƏRH
Koronavirus mutasiyaya uğrayıb - İranın səhiyyə naziri xəbardarlıq etdi
Azərbaycanda COVID-19-a 4 170 yeni yoluxma qeydə alınıb, 1 985 nəfər sağalıb, 38 nəfər vəfat edib
Yaponiya məlumatları yüksək sürətlə ötürmək üçün peyk buraxıb
Birinci Qarabağ müharibəsinin məğlub müxalifət qalıqları tarixi Qələbəni həzm edə bilmir - ŞƏRH
Rusiyada sutka ərzində 26 mindən çox insan koronavirusa yoluxub
Ağdam rayonunun Şahbulaq kəndi (FOTO/VİDEO)
Sabah Azərbaycanda yağış, qar yağacaq
Birinci Qarabağ müharibəsinin təcrübəsi göstərir ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur - Politoloq
Gürcüstanda daha 4 426 nəfər koronavirusa yoluxub
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Şabranda yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstələri müəyyən edilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin elmi-praktiki konfransı keçirilib (FOTO)
Qarabağ xalçalarının salnaməsi (FOTO)
Əfqanıstanda partlayış nəticəsində 21 nəfər həlak olub
İşğaldan azad olunmuş Kəlbəcər rayonunun kəndləri(FOTO/VİDEO)
Mayk Tayson və Roy Conson arasındakı döyüş heç-heçə ilə nəticələndi
Azərbaycandan Türkiyəyə təbii qaz ixracı azalıb
İşğaldan azad edilmiş ərazilərimizdə təhsil infrastrukturunun qurulması ilə bağlı TƏKLİFLƏR
Abşeronda "Volkswagen" yanıb
Britaniyada bir gündə koronavirusa 15 871 yoluxma qeydə alınıb
Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin təsnifat mərhələsinin qalibi oldu
Qazaxıstanda koronavirusa daha 826 nəfər yoluxub
Nigeriyada onlarla "Boko Haram" silahlısı öldürülüb
BƏƏ-də ABŞ hərbçisi həlak olub
Dünyada koronavirusa yoluxanların sayı 62 milyon nəfəri ötüb
Fransada koronavirusa yoluxanların sayı 2,2 milyonu ötüb
Londonda polis 150-dən çox nümayişçini saxlayıb
Türkiyə XİN-i iranlı nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsini pisləyib
Futbol üzrə İspaniya çempionatında "Real" "Alaves"ə məğlub oldu
Tovuzda minik avtomobili yanıb
Parisdə keçirilən etiraz aksiyasında 46 min nəfər iştirak edib
Şirvanda mənzildə qadın meyiti aşkarlanıb
Hikmət Hacıyev Tərtər və Ağdama səfərindən foto və videogörüntülər paylaşdı
Moskvada koronavirusdan daha 72 nəfər ölüb
"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev (FOTO)
Azərbaycanda əmtəə qazının hasilatı artıb
Türkiyədə koronavirusdan sağalanların sayı 396 mini keçib
Mustafa Şentop: Azərbaycanın öz torpaqlarını azad etməsi Tarixi İpək Yolunu canlandıracaq
“YARAT” “Öz adanı kəşf et” adlı sərgi layihəsini təqdim edir
Fransada etiraz aksiyalarında 37 polis xəsarət alıb
Dünyada koronavirusa rekord sayda yoluxma halı qeydə alınıb - ÜST
İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı qətnamələr qəbul edilib
“Associated Press” Ermənistanın Gəncəyə raket hücumunun ağır nəticələri ilə bağlı reportaj yayıb (FOTO/VİDEO)
Beynəlxalq ictimaiyyət terrorizmin qarşısında dayanmalıdır - Zərif
ANAMA Füzulidə 4 mülki şəxsin minaya düşərək həlak olması ilə bağlı məlumat yaydı
Ağdam 27 il işğal altında qaldıqdan sonra (VİDEO)
Mingəçevir Dövlət Universitetində turizm mövzusuna həsr olunan birgə layihənin üçüncü modul təlimi keçirilib (FOTO)
Azərbaycan komandası bədii gimnastika üzrə Avropa çempionatında bürünc medal qazanıb
Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar - "France-24"in Ağdamdan reportajı
Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub
Somalinin paytaxtında partlayış olub, 6 nəfər ölüb
Kəlbəcər rayonunun Vəng kəndi (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 28.11.2020 tarixli bölüm
Daxili İşlər Nazirliyinin mətbu orqanı “Polis” qəzeti adı altında nəşr ediləcək
Bu gün Bakıda 550 küçə dezinfeksiya edilib (FOTO)
Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən xəbərdarlıq
Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb
Azərbaycanda COVID-19-a 4 212 yeni yoluxma qeydə alınıb, 1 760 nəfər sağalıb, 32 nəfər vəfat edib
Avropa Müsəlman Forumunun prezidenti və İdarə Heyətinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
BQXK TƏBİB-ə 10 ədəd “Döyüş yaralıları üçün tibbi yardım dəsti” ianə edib (FOTO)
AXC-nin xəyanəti ilə işğal edilmiş torpaqlarımız Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində azad edildi - Deputat
“AzerGold” QSC-nin “Çovdar” mədənində ağacəkmə aksiyası keçirilib (FOTO)
Füzulidə 4 mülki şəxs minaya düşərək həlak olub - Baş Prokurorluq
Prezidentə yazırlar: Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi
Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib
Poltavada Azərbaycanla Ukraynanın birgə investisiya layihələri müzakirə edilib (FOTO)
Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində (FOTO)
Koronavirusa yoluxan Astara sakinləri evi tərk edibər, istintaq aparılır (FOTO)
Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək
İqtisadi Şuranın növbəti iclası keçirilib (FOTO)
İranda 391 nəfər koronavirusdan ölüb
Azərbaycanda "Yerli icra hakimiyyətləri xidmətlərinin elektronlaşdırılması" layihəsi reallaşdırılacaq
AQTA yanında İctimai Şuraya üzvlər seçilib (FOTO)
Ötən günün yol qəzaları: 2 ölü, 2 yaralı
Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək
Hikmət Hacıyev və diplomatik nümayəndələr Ağdama gəlib
Vətəndaşın təzyiqə məruz qalması barədə fikirlər həqiqəti əks etdirmir - DİN
Koronavirus diaqnozu qoyulan Füzuli sakini küçədə saxlanıldı
Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub
Paytaxt sakinləri karantin qaydalarına necə əməl edir? (FOTO)
Yaşayış yerini qanunsuz tərk edən COVİD-19 daşıyıcıları barədə cinayət işi başlanıb (FOTO/VİDEO)
Yerevanda əsgər anaları növbəti aksiya keçirir
Ermənistan ordusunun Tərtərə atdığı “Smerç” raketi yerli muzeyə təhvil verilib - Hikmət Hacıyev (VİDEO)
Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır
Bütün xəbərlər