...

İran Dövlət Televiziyasında kanal rəhbərləri kütləvi şəkildə tutduğu vəzifədən uzaqlaşdırıldı

Cəmiyyət Materials 16 Dekabr 2014 12:54 (UTC +04:00)
İran Dövlət Televiziya və Radio Təşkilatında kanal rəhbərləri kütləvi şəkildə tutduqları vəzifədən uzaqlaşdırılıblar.
İran Dövlət Televiziyasında kanal rəhbərləri kütləvi şəkildə tutduğu vəzifədən uzaqlaşdırıldı

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir Təmkin Cəfərov/

İran Dövlət Televiziya və Radio Təşkilatında kanal rəhbərləri kütləvi şəkildə tutduqları vəzifədən uzaqlaşdırılıblar.

Trend-in İran televiziyasının rəsmi xəbər saytı iribnews-a istinadən verdiyi məlumata görə, struktur dəyişikliyi və isalahatlar çərçivəsində 1, 2, 3, 4 və 5-ci kanalların, həmçinin "Amuzeş", "Müstənəd", "Puya", "Səba" və "Salamət" kanallarının rəhbərliyi dəyişdirilib. Artıq həmin vəzifələrə yeni təyinatlar edilib.

Qeyd edək ki, bir müddət öncə İranın ali lideri ayətullah Əli Xamenei Dövlət Televiziya və Radio Təşkilatına yeni sədr təyin edib. Ali liderin sərəncamına əsasən, Məhəmməd Sərəfraz son 10 ildə bu təşkilata başçılıq edən İzzətullah Zərqamini əvəz edib.

İran KİV-nin məlumatına görə, M.Sərəfraz işə başladığı gündən Dövlət Televiziya və Radio Təşkilatında əsaslı islahatlara əl atıb. Bəzi KİV-lər bunu "İslam İnqilabından sonra görünməmiş islahatlar" adlandırıb.

M.Sərəfraz ötən 20 il ərzində dövlət televiziyası sədrinin əcnəbi dillərdə yayımlanan kanallar üzrə müavini vəzifəsində çalışıb. Onun firkincə, televiziya proqramları qarşılıqlı əlaqələr prinsipi əsasında hazırlanmaldıır. Belə olarsa, İran televiziyası dünya televiziyaları arasında özü üçün xüsusi imic qazana bilər.

İran KİV-nin məlumatına görə, M.Sərəfraz Dövlət Televiziya və Radio Təşkilatının fəaliyyətini sosial şəbəkələrdə də genişləndirmək istəyir. Onun həyata keçirdiyi dəyişikliklərdən biri də xəbər buraxılışlarının vaxtının qısaldılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti