...

"Təmiz Şəhər" zavodlara turlar təşkil edir (FOTO)

Cəmiyyət Materials 13 Yanvar 2015 10:43 (UTC +04:00)
2014-cü ildə “Təmiz Şəhər” ASC əhalini məlumatlandırmaq məqsədi ilə tabeliyindəki zavodlara 26 məlumat turu təşkil edib.
"Təmiz Şəhər" zavodlara turlar təşkil edir (FOTO)

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

2014-cü ildə "Təmiz Şəhər" ASC əhalini məlumatlandırmaq məqsədi ilə tabeliyindəki zavodlara 26 məlumat turu təşkil edib.

ASC-dən Trend-ə verilən məlumata görə, turlar zamanı ümumilikdə 800-ə yaxın qonaq Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodu və Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna olub.

Məlumatlandırıcı səfərlərdə universitetlərin müəllim və tələbə kollektivləri, Qeyri Hökumət Təşkilatları nümayəndələri, media işçiləri və tullantıların çeşidlənməsi ilə maraqlanan digər şəxslər iştirak edib. "Təmiz Şəhər" ASC-in mütəxəssisləri qonaqlara zavodların fəaliyyəti barədə ətraflı məlumatlar verib, onlara informativ videolar və çap materialları göstərilib. İştirakçılara zavodların işi əyani olaraq nümayiş etdirilib.

"Təmiz Şəhər" ASC bu il də ekologiya və tullantıların idarəedilməsi sahəsində maraqlı şəxsləri və qrumları öz müəssisələrinə dəvət edir. ASC ictimaiyyəti maarifləndirmək məqsədi ilə məlumatlandırıcı turlar təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti