...

Qərb Universiteti ilə UIAA arasında müqavilə imzalanıb

Cəmiyyət Materials 3 Fevral 2015 13:18 (UTC +04:00)
3 fevral 2015-ci il tarixində Bakıda, Qərb Universiteti ilə Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) arasında Beynəlxalq Federasiyanın tərkibində fəaliyyət göstərən Dağların Mühafizəsi Komissiyasının "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində əməkdaşlıq və dəstək müqaviləsi imzalanmışdır.
Qərb Universiteti ilə UIAA arasında müqavilə imzalanıb

Azərbaycan, Bakı, 3 fevral /Trend/

3 fevral 2015-ci il tarixində Bakıda, Qərb Universiteti ilə Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) arasında Beynəlxalq Federasiyanın tərkibində fəaliyyət göstərən Dağların Mühafizəsi Komissiyasının "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı çərçivəsində əməkdaşlıq və dəstək müqaviləsi imzalanmışdır.

Universitetin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qərb Universteti artıq 3-cü ildir ki, dağ turizminin inkişaf etdirilməsi üçün səmərəli marketinq proqramlarının hazırlanması, dağ ərazilərinin davamlı inkişafının təmin olunmasında elmi dairələrin iştirakı, dağların mühafizəsi üzrə səmərəli təcrübənin və siyasətin nəzərdən keçirilməsi, həmçinin elmi proqramlar vasitəsilə dağçı turistlərin dağların mühafizəsi monitorinqində fəal iştirakının təmin edilməsi kimi məsələləri diqqətdə saxlayan Komissiya ilə əməkdaşlıq edir və Beynəlxalq Dağçılıq Federasiyasının (UIAA) fəaliyyətini dəstəkləyir.

Əməkdaşlığın konkret predmeti olan Komissiyanın təsis etdiyi "Dağların Mühafizəsi Mükafatı" ("Mountain Protection Award") proqramı, dağ turizminin inkişafı üçün dağ ətraf mühitinin mühafizəsi üzrə konkret tədbirlərə görə verilir və bu proqram ictimai maarifləndirmə, dağçılıq idman növlərinin təbliği, ekoturizmin inkişaf etdirilməsi və dağ ətraf mühitinin birgə mühafizəsi kimi konkret məqsədlərin həyata keçirilməsini qarşıya qoyur.

Bildiririk ki, 2013-cü ildən etibarən davamlı ekoloji turizmin inkişafında fəaliyyətləri ilə xüsusi olaraq seçilən "Golden Rock Travel" turizm şirkəti də Qərb Universiteti ilə birgə olaraq beynəlxalq səviyyəli bu prosesə qoşulmaqla həmin proqram çərçivəsində UİAA-nın "Dağların Mühafizəsi Mükafatı" proqramına dəstək göstərir.

Xatırladaq ki, mərkəzi ofisi Cenevrədə yerləşən Beynəlxalq Dağçılıq Federasiyanın (UIAA) məsul əməkdaşı Sofi Gerardın qatıldığı imzalanma mərasimi Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyası (ADEİNFA) və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) birgə təşkilatçılığı ilə keçirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti