...

Azərbaycanda şəhərlərdə ölən körpələrin sayı kəndlərdə ölən körpələrin sayını üstələməyə başlayıb

Cəmiyyət Materials 5 Fevral 2015 14:28 (UTC +04:00)
Azərbaycanda şəhər yerlərində körpə ölümü halları kənd yerləri ilə müqayisədə üstünlük təşkil edir.
Azərbaycanda şəhərlərdə ölən körpələrin sayı kəndlərdə ölən körpələrin sayını üstələməyə başlayıb

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda şəhər yerlərində körpə ölümü halları kənd yerləri ilə müqayisədə üstünlük təşkil edir.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 1958-ci ildən başlayaraq, 2006-cı ilədək ölkədə körpə ölümü şəhər yerlərində kənd yerlərinə nisbətən daha aşağı olub. Lakin son illərdə bu göstərici şəhər yerlərində üstünlük təşkil edir.

2006-cı ildə ölkədə 1 yaşadək cəmi 1882 uşaq ölüb ki, ölüm hallların da 1082-si şəhər, 800-ü kənd yerlərində olub. Son illərdə isə bu fərq daha da nəzərəçarpan olub. Belə ki, 2011-ci ildə şəhər yerlərində 1536, kənd yerlərində 367 (cəmi 1903 ölüm), 2012-ci ildə şəhər yerlərində 1524, kənd yerlərində 360 (cəmi 1884), 2013-cü ildə şəhər yerlərində 1459, kənd yerlərində 403 (cəmi 1862) 1 yaşadək uşaq dünyasını dəyişib.

Qeyd edək ki, 2014-cü ilin göstəriciləri hələ açıqlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti