...

Nizami rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2015 15:49 (UTC +04:00)
Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Nizami rayonunda anma mərasimi keçirilib.
Nizami rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Bakının Nizami rayonunda anma mərasimi keçirilib.

238 saylı orta məktəbdə təşkil olunmuş tədbirdə öncə Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm və foto sərgisi və səhnəcik nümayiş etdirilib.

Məktəbin akt zalında davam etdirilən tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ümummilli lider Heydər Əliyevin "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir" sözlərini Xocalı faciəsinə verilən ən yüksək qiymət kimi dəyərləndirib.

T.Budaqov işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində erməni qəsbkarlardan azad olunacağına əminliyini ifadə edib.

YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, millət vəkili Rasim Musabəyov və başqaları çıxış edərək, faciənin ağır nəticələrindən, Xocalı soyqırımının dünyaya tanıdılmasında görülən işlərdən danışıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın yüzdən çox ölkəsində Xocalı soyqırımına həsr olunan çoxsaylı tədbirlər keçirilir. Çıxışlarda "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının soyqırımın və Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində mühüm addım olduğu vurğulanıb.

Tədbirdə ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Həmin gün "Xüdafərin" restoranında Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti