...

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Qiymətləndirmə Missiyasının rəhbəri BDU-da olub (FOTO)

Cəmiyyət Materials 4 Mart 2015 13:54 (UTC +04:00)
BDU-dan Trend-ə verilən məlumata görə, fakültənin Bioekologiya kafedrası ilə əməkdaşlığın qiymətləndirilməsi məqsədilə baş tutan görüşdə geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Qiymətləndirmə Missiyasının rəhbəri BDU-da olub (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend/

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) "Cənubi Qafqazda Biomüxtəlifliyin Davamlı İdarəolunması Proqramı" çərçivəsində Qiymətləndirmə Missiyasının rəhbəri İsabel Hinrichsenin başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində olub.

BDU-dan Trend-ə verilən məlumata görə, fakültənin Bioekologiya kafedrası ilə əməkdaşlığın qiymətləndirilməsi məqsədilə baş tutan görüşdə geniş fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın istiqamətləri müəyyən edilib.

Görüşdə BDU tərəfdən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, professor İradə Əliyeva, fakültənin dekanı, professor Nazim Şəmilov, Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova, kafedranın dosenti Firuzə Sultanzadə, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətindən isə Erich Mies, Aleksandra Joseph və Kamil Ağayev iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti