...

Bilik Fondu 31 mart soyqırımı tədbirini Qaradağda keçirdi (FOTO)

Cəmiyyət Materials 30 Mart 2015 17:31 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il bütün ölkədə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir.
Bilik Fondu 31 mart soyqırımı tədbirini Qaradağda keçirdi (FOTO)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə hər il bütün ölkədə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi yad edilir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Qaradağ rayonu 320 nömrəli orta məktəbdə Soyqırım Gününə həsr olunmuş tədbir keçirib.

Məktəbin direktoru, Bilik Fondunun Qaradağ rayonu üzrə nümayəndəsi Namiq Cəfərov belə tədbirlərin Azərbaycan tarixinin öyrənilməsində və təbliğində böyük əhəmiyyəti olduğunu bildirib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Bilik Fondunun mühazirəçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Tahirə Allahyarova 31 mart hadisələrindən, bu qanlı tarixi faktlardan geniş söhbət açıb. Natiq xatırladıb ki, azərbaycanlıların soyqırımı XX əsrdə mərhələlərlə aparılıb, bu mənfur siyasət hələ I Pyotr dövründən başlayıb.

Bilik Fondunun əməkdaşı Ramilə Qurbanlı 31 mart soyqırımının dünya mətbuatında işıqlandırılmasından və bu tarixi dərsdən çıxaracağımız nəticələrdən danışıb.

Fondun Beynəlxalq layihələr sektorunun əməkdaşı Rauf Həsənov çıxışında məktəbliləri daha çox maariflənməyə, Azərbaycan tarixinə qara hərflərlə yazılan faciələri hərtərəfli öyrənməyə, unutmamağa çağırıb.

Tədbir məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti