Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərinin 11-ci sinfində təhsil alan şagirdlər üçün keçirdiyi monitorinq imtahanlarını yekunlaşdırıb.
Komissiyadan Trend-ə verilən məlumata görə, növbəti monitorinq imtahanları aprelin 20 və 21-də regionlarda (Naxçıvan, Gəncə, Ağcabədi, Tovuz, Goranboy, Şəki, Mingəçevir, Qəbələ, Qax, Oğuz, Göyçay, Ağdaş, Yevlax, Şirvan, Salyan, Lənkəran, Neftçala, Quba, Qusar və Xaçmaz) aparılacaq.
İmtahanların keçirilməsi üçün respublika üzrə Azərbaycan dili fənnindən 286 məktəb üzrə 16 500, riyaziyyat fənnindən 243 məktəb üzrə 16 534, fizika fənnindən isə 275 məktəb üzrə 15 856 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.