...

Azərbaycan aşağı orbitli peykin mülkiyyətçisi olacaq

Cəmiyyət Materials 23 Aprel 2015 00:36 (UTC +04:00)
Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC mayda "Azersky" aşağı orbitli peykinin mülkiyyət hüququnu əldə edəcək.
Azərbaycan aşağı orbitli peykin mülkiyyətçisi olacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanın peyk operatoru "Azərkosmos" ASC mayda "Azersky" aşağı orbitli peykinin mülkiyyət hüququnu əldə edəcək. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən deyiblər.

Nazirliyin məlumatına əsasən, peykin idarə edilməsi üzrə yerüstü infrastrukturun yaradılması üçün iyunda hazırlıq işləri başlayacaq.

Qeyd edək ki, "Azersky" peyki kosmik sənaye sahəsində Azərbaycan və Fransa strateji əməkdaşlığı çərçivəsində buraxılıb. 2014-cü il dekabrın 2-də "Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış saziş əsasında Azərbaycanın idarəetməsinə veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti