...

Nizami rayonunda cüdo üzrə yarış başa çatıb (FOTO)

Cəmiyyət Materials 22 Aprel 2015 15:15 (UTC +04:00)
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və 13 saylı İOEUGİM-in birgə təşkilatçılığı ilə cüdo yarışı keçirilib.
Nizami rayonunda cüdo üzrə yarış başa çatıb (FOTO)

Azərbaycan, Bakı, 22 aprel /Trend/

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və 13 saylı İOEUGİM-in birgə təşkilatçılığı ilə cüdo yarışı keçirilib.

Yarışın açılış mərasimində çıxış edən 13 saylı İOEUGİM-in director müavini Mahir Səfərov turnirin ulu öndər Heydər Əliyevin anadan olmasının növbəti ildönümü münasibətilə təşkil edildiyini diqqətə çatdırıb. O, Azərbaycanda cüdo idman növünə olan dövlət qayğısından söz açaraq bildirib ki, Azərbaycan cüdoçuları ölkəmizi beynəlxalq yarışlarda yüksək səviyyədə təmsil edir, qələbələr qazanır, hətta, Olimpiya Oyunlarında qızıl medala layiq görülürlər.

Çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov qeyd edib ki, Azərbaycan qədim idman ənənələrinə malik ölkələrdən biridir və ölkəmizdə tarixən idmanın müxtəlif növləri inkişaf edib.

Vurğulanıb ki, ulu öndər Heydər Əliyev Azərbaycanda Olimpiya və idman hərəkatının genişlənməsinin təşəbbüskarı və ilhamçısı olub. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində isə bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır, paytaxtımızda beynəlxalq idman yarışları təşkil olunur, hətta, 2 aydan sonra I Avropa Oyunları keçiriləcək.

Diqqətə çatdırılıb ki, I Avropa Oyunlarının proqramına daxil olan cüdo idman növü üzrə yarışlar hər zaman böyük maraq kəsb edib.
Çıxışlardan sonra yarışa start verilib.

Birincilik uğrunda 100-dən artıq 2001-2003-cü il təvəllüdlü cüdoçular 10 çəki üzrə qüvvələrini sınayıblar. Yarışda daha yüksək əzmkarlıq və peşəkarlıq nümayiş etdirən çüdoçular qaliblər kürsüsünə qalxa biliblər. Beləliklə də, yarışın nəticələrinə görə, bütün çəkilər üzrə ümumilikdə 40 idmançı mükafatlandırılıb.

Yarışın sonunda qalib cüdoçulara medal və diplomlar təqdim edilib.

Qeyd edək ki, birinci yerin qalibləri may ayında keçiriləcək ümumrayon tədbirində mükafatlandırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti