...

Qaradağda Gül bayramı qeyd olunur (FOTO)

Cəmiyyət Materials 8 May 2015 11:06 (UTC +04:00)
Qaradağda Gül bayramı qeyd olunur.
Qaradağda Gül bayramı qeyd olunur (FOTO)

Azərbaycan, Bakı, 8 may /Trend/

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin doğum günü şərəfinə Qaradağ rayonunda Gül bayramının keçirilməsi artıq ənənəyə çevrilib.

Trend-ə verilən məlumata görə, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Milli Məclisin üzvü Ağalar Vəliyev, Şura üzvləri digər qonaqlar və rayon ictimaiyyəti iştirak edib.

Rayon ərazisindəki Heydər parkında bir-birindən gözəl, cazibədar yaradıcılıq nümunələrinə, al-əlvan güllərdən və çiçəklərdən hazırlanmış çələnglərə, müxtəlif mövzuları əhatə edən əl işlərinə, tamaşa etməmək mümkün deyildi. Gül bayramında rayonun orta ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri, uşaq-gənclər yaradıcılıq mərkəzləri əl işlərini nümayiş etdiriblər.

Gül bayramı Ümummilli Lider Heydər Əliyevin doğum gününə həsr olunduğundan əl işlərinin mövzu və kompozisiyasında ulu öndərə olan sonsuz məhəbbət və ehtiram hissi təşkil edirdi. Al-əlvan, müxtəlif bəzək elementlərinin əks olunduğu paltarlar geyinmiş balaca körpələr da bayram şənliyinə əlavə yaraşıq gətirirdi. Bayram tədbirində Bakı 2015 Birinci Avropa Oyunları ilə əlaqədar təbii güllər və çiçəklərdən hazırlanmış müxtəlif növ idman növlərini simvolizə etdirən kompozisiyalar nümayiş etdirilib.

Tədbir günün sonunda respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə konsert proqramıyla davam edərək atəşfəşanlıqla yekunlaşacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti