...

Tovuzda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 10 May 2015 20:11 (UTC +04:00)
Bu gün Tovuz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.
Tovuzda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 10 may /Trend/

Bu gün Tovuz şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü qeyd edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov, Milli Məclisin deputatı Qənirə Paşayeva, ictimaiyyət nümayəndələri Heydər Əliyev parkında Ulu Öndərin möhtəşəm abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı T.Zeynalov, Milli Məclisin deputatı Q.Paşayeva və başqaları çıxış edərək ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətindəki xidmətlərindən söz açıblar.

Diqqətə çatdırılıb ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan sürətli inkişaf mərhələsini yaşayır.

Sonra parkda millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstutu İB və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın əməkdar artisti Aybəniz Haşımovanın, istedadlı gənc müğənillər Vəli Səfərov və Aybəniz xanımın rəhbərlik etdiyi Bülbüllər ansamblının və yerli sənətçilərin möhtəşəm konsert proqramı keçirilib.

Minlərlə rayon sakininin iştirakı ilə keçirilən tərbirin sonunda Aybəniz xanıma və qonaqlara qədim musiqi aləti saz hədiyyə olunmaqla bərabər millət vəkili Q.Paşayeva onlara təşəkkürünü bildirib və Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu cür gözəl tədbirləri işğaldan azad edəcəyimiz Dağlıq Qarabağımızda, Şuşada və bütün o gözəl torpaqlarımızda da qeyd edəcəyimizə inandığını deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti