...

Azərbaycanda magistraturaya qəbul planı yerlərinin 20 faizi boş qaldı

Cəmiyyət Materials 15 May 2015 13:15 (UTC +04:00)
2015-2016-cı tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə bakalavr qəbulu üzrə 38 ali məktəb üçün 6289 plan yeri ayrılıb.
Azərbaycanda magistraturaya qəbul planı yerlərinin 20 faizi boş qaldı

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İlhamə İsabalayeva/

2015-2016-cı tədris ili üzrə Azərbaycan ali təhsil müəssisələrinin magistratura səviyyəsi üzrə bakalavr qəbulu üzrə 38 ali məktəb üçün 6289 plan yeri ayrılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Trend-ə bildirib ki, plan yerlərinin 5017-nə bakalavr qəbul edilib. Ümumilikdə plan yeri 79,77 faiz dolub. Magistraturaya daxil olan bakalavrların 2002-i dövlət sifarişli yerlər üzrə təhsil alacaq. Bakalavrların 4518-i Azərbaycan bölməsi ( o cümlədən1897-si dövlət sifarişli ixtisaslar üzrə), 499-u rus bölməsi ( o cümlədən 105-I dövlət sifarişli ixtisaslar üzrə) qəbul olub.

E.Nağızadə bildirib ki, proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir: "Misal üçün, "Neft-qaz mühəndisliyi" ixtisasına aid olan 2 saylı proqram üzrə ayrılmış yerlərin hamısı dolub. 8, 13, 14, 17, 18, 19, 21, 22, 23, 29, 51, 52, 55, 56, 57 və 59 saylı proqramlara ayrılmış plan yerləri də 100% dolub".

Komissiya rəsmisinin sözlərinə görə, ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı 5, 6, 9, 12, 16, 25, 30, 39, 41, 43, 58 və 60 saylı proqramlar olub ki, onlarda ayrılmış plan yerlərinin 50%-dən çoxu boş qalıb: "Həmin proqramlar üzrə olan ixtisaslaşmalar, əsasən, metallurgiya, maşınqayırma, hidrometeorologiya, materialşünaslıq, mexanika, filologiya və tərcümə sahələri üzrədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti