...

Azərbaycanda yanacağın, nəqliyyat və digər səyyar vasitələrin sertifikarlaşdırılması qaydaları dəyişdirilib

Cəmiyyət Materials 17 May 2015 14:05 (UTC +04:00)
Azərbaycanda yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın qaydaları dəyişdirilib.
Azərbaycanda yanacağın, nəqliyyat və digər səyyar vasitələrin sertifikarlaşdırılması qaydaları dəyişdirilib

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycanda yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın qaydaları dəyişdirilib.

Trend Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirlər Kabineti "Yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın Qaydaları"na dəyişiklik edib.

Qaydaların 1.2-ci bəndində "əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli olan" sözləri "insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran" sözləri ilə əvəz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti