...

Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Cəmiyyət Materials 20 May 2015 10:25 (UTC +04:00)
Baş prokurorun bölgələrdə vətəndaşlarla nəzərdə tutulan qəbulun vaxtı dəyişdirilib.
Zakir Qaralovun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlkin İzzət/

Baş prokurorun Qərb bölgəsində vətəndaşlarla nəzərdə tutulan qəbulun vaxtı dəyişdirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş prokuror Zakir Qaralovun mayın 22-də Gəncə şəhəri, Goranboy, Samux, Daşkəsən, Göygöl, Xocalı və Kəlbəcər rayonlarında yaşayan vətəndaşlarla nəzərdə tutulan qəbulun tarixi dəyişdirilib.

Qəbulun keçirilmə tarixi ilə bağlı əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti