Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi ali məktəblərdə 2015-2016-cı tədris ili üçün qəbul aparılan bəzi ixtisaslar üzrə təhsil haqlarının artırılması məsələsinə münasibət bildirib.
Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, ali məktəblərdə artıq adambaşına maliyyələşdirmə mexanizmi tətbiq edilir. Bununla əlaqədar ali təhsil müəssisələri gəlir və xərclərini özləri müəyyənləşdirirlər.
Belə ki, ayrı-ayrı ixtisaslar üzrə təhsil haqlarının müəyyənləşdirilməsi ali təhsil müəssisələrinin səlahiyyətindədir.