...

Azərbaycanda lisenziyalı turizm obyektlərinin sayı artıb

Cəmiyyət Materials 1 İyun 2015 17:10 (UTC +04:00)
Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 290-a, mehmanxanaların sayı isə 328-ə çatıb.
Azərbaycanda lisenziyalı turizm obyektlərinin sayı artıb

Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda lisenziya ilə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 290-a, mehmanxanaların sayı isə 328-ə çatıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, may ayı ərzində 9 şirkətə turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilib. Onlar "Via Group", "Smıle Travel", "Talisman Travel", "Qlobus" , "Master Holding", "Pegas Tour", "L.I Travel, "Simurq S", "Su-Travel" Məhdud Məsuliyyətli cəmiyyətləridir.

Bu il may ayında 7 yerləşdirmə obyektinə mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti üçün lisenziya verilib. Bunlar "Premier Expo Hotel" MMC, "MM Butik Otel" istirahət mərkəzi, "Bata-Bat" istirahət mərkəzi, "Göy Qurşağı" MMC, "Olimpik İdman və İstirahət Kompleksi" MMC, "LT Otel" mehmanxanası, "Dağ Havası" istirahət mərkəzidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti